Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.
Mynews.az axsam.az-a istinadən xəbər verir ki, aktrisa "Astar" yutub layihəsində bu haqda söhbət açıb. O bildirib ki, C.İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib:
"Onu hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən zarafatlar edirsən, deyib gülürsən. Anlayan, anlamayan olur. Götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olurlar. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki... Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım".
D.Əliyeva C.İmanovun övladlarından danışaraq "Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi" sözlərini əlavə edib.
Qeyd edək ki, C.İmanov iki dəfə ailəli olub. Onun birinci nikahdan 2 qız, ikinci evlilikdən 2 oğul övladı var. Aktyor bir neçə gün əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub