Şlöhrəti Türkiyənin sərhədlərini aşan əfsanəvi Lmüğənni İbrahim Tatlısəslə övladları arasındakqalmaqal səngimək bilmir.
Mynews.az xəbər verir ki, ustad müğənnin övladlarını miras hüququndan məhrum etdiyinə dair iddialar gündəmi zəbt edib. Bu iddia ilə sənətçinin oğlu Ahmet Tatlısəs çıxış edib.
Oğlunun dediyinə görə, atası onun və qardaş-bacılarının gələcəyini düşünmür:
"Atam bütün var-dovlətini 2021-ci ildə ailə həyatı qurduğu Gülçin Karakaya adlı qadına bağışlayıb. Onun var-dovlətindən 6 övladına heç nə çatmayacaq. Mən təkcə özümün deyil, həm də qardaş-bacılarımın haqqını tələb edirəm".
Ahmet Tatlısəs atasını təhdid etdiyinə dair iddiaların əsassız olduğunu bildirib:
"O, İzmirdə yaşayır, mən İstanbulda. İstanbulda ola-ola İzmirdəki adamı necə təhdid edə bilərəm? Bütün bunları atam məni gözdən salmaq üçün uydurub".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub