ABŞ-da ürək tutmasından sonra yaranan ağırlaşmalar səbəbindən vəfat edən Türk klassik musiqisinin sənətkarı Muazzez Abacının cənazəsi sabah İstanbula gətiriləcək. Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək vida mərasimindən sonra sənətçi atasının yanında dəfn ediləcək.
Mynews.az xəbər verir ki, Abacının vəsiyyəti üzrə "Sarı Bomba" ləqəbi ilə tanınan məşhur boksçu atası Oktay Bəyin yanında dəfn olunacaq.
Məşhur sənətçinin mirası ilə bağlı detal açıqlanmasa da, vəsiyyətin ailə daxilində diqqətlə yerinə yetiriləcəyi bildirilib.
Xatırladaq ki, 78 yaşlı Muazzez Abacı 5 noyabrda qızını ziyarət etmək üçün ABŞ-a gedərkən infarkt keçirmişdi. Həkimlər ona stent qoysa da, böyrəklərində yaranan ciddi ağırlaşmalar səbəbindən reanimasiyaya köçürülmüş və bütün müdaxilələrə baxmayaraq həyatını itirmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub