USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Eldar "boykot" olunmağından danışdı

19:36 18.11.2025
Eldar "boykot" olunmağından danışdı
19:36 18.11.2025

"Avroviziya" deleqasiyamızın musiqi prodüseri Eldar Qasımov ilk dəfə ünvanına yazılan tənqidlərə cavab verib.

Mynews.az xəbər verir ki, bu barədə "Pərvizə görə”də danışan müğənni nüsabiqədəki dəyişikliklərdən bəhs edib:

"Avroviziya" başqa bir meydançadır, bu illər ərzində çox dəyişdi. Sən orada həm əyləndirməlisən, zövqü oxşamalısan. Fərqli olmalısan. Sadəcə oxumaq və gözəl görkəm bəs etmir. Ya hansısa tarixçən olmalıdır, ya kiminsə yazığı gəlməlidir, ya da sözün əsl mənasında firik olmalısan. Orijinallıq mütləqdir. Dəfələrlə demişəm, təmsilçi insanlar tərəfindən ələkdən keçməlidir. Necə ki, bizim vaxtımızda olmuşdu, 7 həftə ərzində yarışıb, etablardan keçirdik, insanların gözləri qarşısında idik. Xalq və jüri seçib Avropaya təqdim etməlidir".

Eldar həmçinin onu "boykot" edənlərdən söz açıb:

"Niyə reaksiya verim? Bu insanların öz fikridir. Ona normal yanaşıram. Əgər ordaydımsa, məsləhətlərimə ehtiyacları var idisə, deməli, hansısa təcrübəni keçmişəm. Birinci dəfədir bu barədə danışıram. Mənim işim sadəcə musiqi tərtibatından ibarətdir. Ümumiyyətlə, keyfiyyətli məhsul üçün mahnı seçiminə də qarışırıq. Bizim bir nömrəli istəyimiz o idi ki, öz mahnımız olsun. Yəni müəllifi Azərbaycan məhsulu olsun. Mən buna bir neçə aylıq layihə kimi baxmıram, istəyirəm ki, bizdə bu məhsulu yazan insanlar olsun, təcrübə qazansınlar, illər sonra da dünyaya çıxarsınlar. Nəbzi tutmaq çətindir, bu, bir-iki ilin söhbəti deyil, araşdırmalısan, baxmalısan. Hər şey təcrübəylə düzəlir. Biz mümkün qədər fərqli məhsullar göndərməliyik ki, sonda bizim müəlliflərdən nə tələb olunduğunu anlayaq".


Xəbər lenti