"Musiqimizin onsuz da məhv olduğu bir dönəmdə, böyük bəstəkarlarımızın mahnılarının bu gün məzə obyektinə çevrilməsi musiqimizi bir az da tələf edir. Siz heç bilirsinizmi mənim hal-hazırda paylaşdığım mahnı Nailə Mirməmmədlinin mahnısıdır. İlk ifaçısı Mətanət İsgəndərli də sözün əsl mənasında mahnının haqqını verib".
Mynews.az xəbər verir ki, bu sözləri aparıcı Kazım Sübhan sosial şəbəkədə yazıb. O, son günlər sosial şəbəkədə "Dünya mənə özün boyda dərd verdin" mahnısı ilə paylaşılan Səma və Səbinə bacılarını tənqid edib. Kazım bildirib ki, insanlar böyük əsəri ələ salırlar:
"Çox təəssüf edirəm ki, bu mahnı bu gün gülmək, məzələnmək üçün paylaşılır. Onu da deyim ki, mahnının yenidən gündəmə gəlməsində həmin bacıların təbii ki, rolu var. Onlarla heç bir problemim yoxdur, onlar mahnını öz tərzində oxuyublar.
Amma bu gün müxtəlif səhifələrdə bu mahnının məzələnmək məqsədilə paylaşılması düzgün deyil. Olmaz. Heç olmasa keçmiş mahnıların dəyərini qoruyub saxlayaq".
1
“Yas mərasimlərində dəyişiklik: Yeni ehsan forması GÜNDƏMDƏ”
801 dəfə oxunub
2
15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
770 dəfə oxunub
3
Prezident Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirdi
769 dəfə oxunub
4
Türkiyədə güclü zəlzələ oldu
767 dəfə oxunub
5
Fazil Mustafa baba oldu
749 dəfə oxunub