1959-cu ildə "Avroviziya" müsabiqəsində Qərbi Almaniyanı təmsil etmiş əkiz bacılar Elis və Ellen Kessler 89 yaşlarında dünyalarını dəyişiblər.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, onların cəsədləri bazar ertəsi günü Münhenin Grünvald bölgəsindəki evlərində tapılıb.
Almaniyanın "Bild" qəzeti yazır ki, bacılar "artıq yaşamaq istəmədikləri üçün" həyatlarına birlikdə son qoymağı seçiblər. "CNN"in məlumatına görə, prosesi Alman İnsani Ölüm Cəmiyyəti (DGHS) dəstəkləyib. Bacılar təşkilata bir il əvvəl üzv olmuşdu.
Onların qərarı uzun müddət düşünülmüş, hər hansı psixiatrik böhrandan uzaq və tam şüurlu şəkildə verilib.
Qeyd edək ki, Kessler əkizləri 1950-60-cı illərin məşhur estrada simaları olub. Onlar Parisdəki məşhur Lido kabarəsində çıxış edib, 1959-cu ildə Almaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil ediblər. Frank Sinatra, Fred Astaire və Elvis Presley kimi ulduzlarla da səhnəni bölüşüblər.
Məlumata görə, bacılar küllərinin anası və itləri ilə birlikdə eyni qabda dəfn edilməsini vəsiyyət ediblər.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub