"Bəzi səhifələrə və özünü "media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar”.
Bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım yazıb.
O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq:
"Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”.
Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.
Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub