Türk arabesk musiqisinin əfsanə səslərindən Ferdi Tayfurun vəfat etməsindən sonra ailəsində yaranan miras qalmaqalı davam edir.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin qızı Tuğçe Tayfur sosial mediada yeni bir video paylaşaraq atasının musiqi şirkəti "Ferdifon"a qarşı məhkəmə qərarı aldıqlarını elan edib.
Atasının qohumlarına səslənən Tuğçe Tayfur onları ittiham edib:
"Sizinlə mənim aramızdakı fərq budur ki, mən səsimlə pul qazanıram, siz isə atamın zəhmətindən istifadə edərək pul qazanırsınız. Biz "Ferdifon"a məhkəmə ilə tədbir qərarı aldırmışıq. Artıq müəlliflik hüquqlarından pul qazana bilməyəcəksiniz. Bundan sonra hər ay 2-2,5 milyon lirə qazancınız olan rəqəmsal hüquqlara sahib deyilsiniz. Biz Türkiyə ədalətinə tam inanırıq. Siz atamın xoş niyyətindən istifadə edir və ondan faydalanırsınız"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub