ABŞ-lı aktyor Cey Boudi (Jay Bowdy) "Facebook"dan canlı yayım zamanı intihar edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, polislər 33 yaşlı aktyorun cəsədini avtomobilində tapıblar.
Məlum olub ki, keçən həftə Kaliforniyada cinsi istismar ittihamı ilə saxlanılan Boudi 100 min dollar təzminat qarşılığında sərbəst buraxılıb. Daha sonra "Facebook"dan canlı yayım edərək fanatları ilə danışan aktyor onların gözü qarşısında odlu silahla başından vurub. Şahidlərdən biri həmin anı belə təsvir edib:
"Səsi, kədəri, göz yaşları... Söylədiyi hər şey, tətiyin çəkilməsinin səsi məni yerlə bir etdi. O səsi heç vaxt unutmayacağam".
Boudinin intihar videosu "Facebook"dan silindikdən sonra sosial şəbəkənin rəhbərliyindən açıqlama verilib:
"İnsanların "Facebook"da təhlükəsizliyini təmin etmək mövzusunda məsuliyyətimizi dərk edirik. Sıxıntısı və problemi olan insanlara kömək etmək üçün dünya miqyasında bir çox təşkilatla işləyirik".
Qeyd edək ki, C.Boudi seriallardan başqa "The Island" və "Big Brother" kimi realiti-şoularda da iştirak edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub