Xalq artisti Eyyub Yaqubov "Gözəl Bakı” adlı yeni mahnısını və ona çəkilən klipini izləyicilərə təqdim edib.
Mynews.az xəbər verir ki, mahnının musiqisi Gülsüm Eldarovaya, sözləri isə Abbas Məmmədova məxsusdur.
Bakının özünəməxsus ab-havasını və estetik gözəlliyini ön plana çıxaran klipdə paytaxtın ən gözəl və tanınmış məkanları, şəhərin müasir siması ilə yanaşı, tarixi abidələri və dənizkənarı mənzərələri yer alıb.
"Gözəl Bakı” layihəsi Eyyub Yaqubovun yaradıcılığında paytaxta olan sevginin növbəti ifadəsi kimi dəyərləndirilir.
Yeni mahnı və klip artıq rəqəmsal platformalarda izləyicilərin ixtiyarına verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub