Müğənni Günel Zeynalova adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən plastik-cərrah Dilqəm Məhərrəmovla fotolarını yayımlayıb.
Mynews.az xəbər verir ki, sənətçi həkimin iş yerindən fotolar paylaşıb. Günel "Burnumu soruşanlar, həkimim Dilqəm Məhərrəmov" sözlərini yazıb. O, fotoların yeni və ya köhnə olduğunu bildirməyib.
Günelin paylaşımı diqqət çəkib. Belə ki, D.Məhhərəmovun plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer alıb.
Dilqəm Məhərrəmov və onun özü kimi plastik-cərrah olan həyat yoldaşı Nərgiz Əhmədovanın adı siyahıda olmayıb. Onlar "Baku Medical Plaza"da çalışırdılar.


1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
438 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
438 dəfə oxunub
3
Səkinə Sadıxova vəzifəsindən azad edildi
434 dəfə oxunub
4
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
426 dəfə oxunub
5
9-cu sinif şagirdi vəfat etdi - FOTO
424 dəfə oxunub