Türkiyənin əfsanəvi muğənnisi İbrahim Tatlısəs yenə övladlarindan danışıb. Sənətçi oğlunu və qızını dələduz adlandırıb.
Mynews.az xəbər verir ki, Moskva səfərindən dönən Tatlısəs hava limanında jurnalistlərlə həmsöhbət olub.
O, xeyirsiz övlad böyütdüyü üçün çox kədərli olduğunu bildirib:
"Onları Türkiyədə hamı tanıyır. İkisi də dələduzdur. Birləşib bütün var-dövlətimi əlimdən aldılar".
Müğənni uşaqlarını heç vaxt bağışlamayacağını deyib:
"Vəsiyyət etmişəm, mən öləndən sonra heç biri qəbrimin üstünə gəlməsin. Əgər gəlsələr, siz etiraz edin, gəlmələrinə imkan verməyin".
Qeyd edək ki, İbrahim Tatlısəs oğlu Ahmet Tatlısəs və qızı Dilan Çıtakla uzun müddətdən bəri konfliktdədir. Hazırda Bodrum şəhər məhkəməsi Talısəsın qızı Dilan Çıtakla bağlı şikayətini araşdırır. Sənətçi qızının onu öldürmək istədiyini iddia edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub