Türkiyə kinosunun “Yaşılçam” dövrünün tanınmış aktyoru Nəcdət Kökeş vəfat edib.
Mynews.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, aktyor son vaxtlar ağciyərində yaranan problemlərlə bağlı traxeostomiya əməliyyatı keçirib. O, bu gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, N. Kökeş kino karyerasına 1970-ci ildə çəkilmiş “Bütün sevgilər şirin başlayır” filmi ilə başlayıb. Karyerası ərzində təxminən 100 filmdə rol alan aktyor, xüsusilə Cüneyt Arkınla birlikdə çəkildiyi “Battal Qazi” filmlində canlandırdığı “Zıpzıp” obrazı ilə tanınıb.
Aktyor həmçinin “Dəli Domrul”, “Şaban əsgərdə”, “Haqanlar toqquşur”(Hakanlar çarpışıyor), “Ləbləbi tozu” və “Avropalı” kimi filmlərdə də rol alıb. Kult.az
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub