"Avroviziya” qalibimiz Nigar Camal yeni mahnısı "Barbie”ni təqdim edib.
Mynews.az xəbər verir ki, sözləri Xətali Əli, Clavis və OGB-yə, musiqisi isə Kazım Cana məxsus olan mahnı müasir pop üslubunda hazırlanıb. Layihə üçün kamera qarşısına keçən sənətçi klipdə "Barbi” obrazını canlandıraraq üç fərqli geyimdə tamaşaçı qarşısına çıxıb.
Klipdə "Ken” roluna gənc model Məhərrəm Ramazanov həyat verib.
Nigar Camalın klipdə Barbi obrazına müraciəti də qadının fərqli tərəflərini, dəyişkənliyini və özünəinamını vurğulayan vizual mesaj kimi dəyərləndirilir.
Vüsal Həsənin rejissorluğu ilə ərsəyə gələn ekran işi artıq rəqəmsal platformalarda yayımlanır.
Klip üzərində 30-dan çox komanda üzvü çalışıb. Layihə həm musiqi, həm də vizual baxımdan diqqət çəkən pop işi kimi təqdim olunur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub