"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.
Mynews.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.
Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına "stop" qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub