"Müasir Azərbaycan kinosu tək komediya ilə inkişaf edə bilməz. Dram janrı da lazımdır".
Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.
Rejissor bildirib ki, bəyəndiyi yeganə həmkarı Rövşən İsaxdır:
"Bizim komediya filmlərimizi tərcümə edib, xaricdə göstərsək heç kim başa düşməyəcək. Çünki onların dili bizə məxsusdur. Dramın isə dili yoxdur. Rövşən İsaxın "Aktrisa" filmini hansı ölkədə nümayiş etdirsən, ürəkləri gedəcək. Gözəl filmdir, amma baxış sayı azdır. Tamaşaçısı, onu başa düşən azdır. Dram janrında baxıb öyrəndiyim, qorxduğum, bəyəndiyim yeganə rejissor Rövşən İsaxdır. Gerisi vız gəlir, heç kimdən qorxmuram. Yeni çəkilən bütün filmləri bəyənirəm. Statistikaya nəzər salsaq Azərbaycan filmi son bir ildə inkişaf edib. Demək filmə tələbat var".
Kənan türkiyəli məşhurların Bakıda səs-küylə qarşılanmasına normal yanaşdığını bildirib:
"Həmin türkləri öz plkələrində elə qarşılamırlar. Düzələcək... Yeni nəsil bunu düzəldəcək. 40-45 yaşlı birinin gəlib Kənan qışqırması normal deyil axı. Yeni nəsil böyüyəcək, bizimkilərə o cür diqqət göstərəcək".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub