Əməkdar artist Röya Ayxan ötən gün qala gecəsində iştirak edib.
Mynews.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə paylaşdığı və geniş müzakirəyə səbəb olan fotosundan danışıb:
"Mənim üçün asan deyil kimisə yaxını buraxmaq. Bu il mənim böyük planlarım var. Ora sevgi daxil deyil. Bir də deməyəcəm o kimin əlləridir".
Sənətçi türkiyəli müğənni Soner Sarıkabadayı ilə olan yeni işindən danışıb:
"Mən özümdə Soner Sarıkabadayının adını 2 ilə öyrənmişəm. Bu artıq 4 ilin mahnısıdır. Amma mən seçirəm mahnını, saxlayıram. Nənələr sandığın altında saxladığı kimi. Bu il onunla duetim olacaq. Fevral ayında artıq Belçikada çəkilişlərə start verəcəyik, çox maraqlı olacaq. Rejissor türk olsada türk dilində danışa bilmir. Hande Yener və Hadisəyə klip çəkib. Mən Bakı üçün ayrı işlər görürəm, Türkiyə üçün isə başqa. Atama demişəm ki,arıqlasan səni klipimə çəkəcəm (gülür)".
Daim bahalı işlərə imza atan müğənni bunun ona heç də asan başa gəlmədiyini bildirib:
"Dollar qalxıb, evimiz yıxılıb, ağlayanımız yoxdu. Amma iş görməsən pul da gəlməz".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub