Avropa Yayım Birliyi bu gün "Avroviziya Asiya 2026” adı altında Asiya ölkələrinin yarışacağı yeni müsabiqəni elan edib.
Mynews.az xəbər verir ki, müsabiqə 14 noyabr tarixində Taylandın Bangkok şəhərində baş tutacaq.
Hazırda 10 ölkə iştirakını təsdiqləyib.
Bu ölkələr sırasında Banqladeş, Butan, Nepal, Kamboca, Laos, Flippin, Cənubi Koreya, Malayziya, Tayland, Vyetnam da var.
Avroviziyanın 70 illik irsi üzərində qurulan yeni yarışma, Asiya üzrə 600 milyondan çox potensial izləyiciyə çatmağı hədəfləyir.
Təşkilat, müxtəlif mədəniyyətləri musiqi vasitəsilə bir araya gətirərək regional qarşılıqlı əlaqə platforması yaratmağı qarşısına məqsəd qoyub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub