Türkiyəli məşhur müğənni Rober Hatemo maraqlı etirafı ilə gündəmə gəlib. Sənətçi bildirib ki, o, uşaqlıqda deyil, hərbi xidmət dövründə sünnət olub.
Mynews.az xəbər verir ki, sənətçi bu barədə qatıldığı televiziya proqramlarının birində danışıb. Onun sözlərinə görə, bu hadisə gözlənilmədən baş verib: “Sünnət olmadığım əsgərlikdə üzə çıxdı. Komandir atama zəng etdi və mənim sünnət olunmağım üçün ondan icazə istədi. Atam etiraz etmədi”.
Rober Hatemo həmin günləri xatırlayarkən bunun həyatında unudulmaz hadisə olduğunu deyib. Bildirib ki, hərbi xidmətdə olarkən baş verən bu hadisə həm çətin, həm də maraqlı xatirə kimi yadda qalıb.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub