USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Kann festivalına Türkiyədən bu məşhurlar qatıldı

17:55 14.05.2026
Kann festivalına Türkiyədən bu məşhurlar qatıldı
17:55 14.05.2026

79-cu Kann Film Festivalında türk məşhurlar arasında yaşanan moda yarışı gecəyə damğa vurub.

Mynews.az xəbər verir ki, qırmızı xalıda bir-birindən iddialı obrazlarla görünən türk aktrisaları həm festival iştirakçılarının, həm də sosial media istifadəçilərinin diqqət mərkəzində olublar.

Gecədə Hande Erçel, Demet Özdemir, Gülsim Ali, Sümeyye Aydoğan, Melisa Aslı Pamuk və Özgü Namal iştirak ediblər.

Festivalın ən çox müzakirə olunan siması isə 47 yaşlı Özgü Namal olub. Aktrisa torpaq tonlarında, qayışsız və zərif libası ilə qırmızı xalçada bütün baxışları üzərinə çəkib. Sosial şəbəkələrdə istifadəçilər onun təbii gözəlliyi və sadə zərifliyi ilə gənc ulduzları kölgədə qoyduğunu yazıblar.

Hande Erçel isə Kann Film Festivalının qırmızı xalçasında üçüncü dəfə yer alıb. O, qızılı rəngli və parlaq detallarla işlənmiş libası ilə gecənin ən çox danışılan adlarından birinə çevrilib. Aktrisanın görünüşü moda səhifələrində geniş müzakirə olunub.

Demet Özdemir də festivalda zərif ağ libası ilə diqqət çəkib. Moda tənqidçiləri onun sadə, amma eleqant seçimini gecənin ən uğurlu obrazlarından biri kimi qiymətləndiriblər.

Bir müddətdir "Yeraltı" serialı ilə diqqət mərkəzində olan Sümeyye Aydoğan Kann üçün cəsarətli qırmızı don seçib. Lakin aktrisanın stili sosial mediaistifadəçilərini iki yerə bölüb. Bəzi istifadəçilər bu görünüşü adi hesab edib, digərləri isə onun təbii gözəlliyini vurğuladığını iddia ediblər.

"Gönül Dağı" serialı ilə böyük bir pərəstişkar bazası qazanan Gülsim Ali də Kann qırmızı xalçasında görünüb. Məşhur aktrisanın sadə və minimalist stili diqqət çəksə də, bəzi moda şərhçiləri onun seçimini çox riskli hesab ediblər.

Uzun müddətdir ekranlardan uzaq olan Melisa Aslı Pamuk tünd yaşıl rəngli qayışsız balıqquyruğu donunu Kann zərifliyinə fərqli bir toxunuş qatıb. "Miss Türkiyə 2011" mükafatını qazanan aktrisa zərif görünüşünə görə izləyicilərindən təriflər alıb.


Xəbər lenti