"Əziyyət çəkdiyim layihələrimlə bağlı xoşagəlməz nəsə eşidəndə çox pis oluram. Qısqanclıq normaldır, amma belə rəqabət olmaz. Xüsusən də bir qadına. Bir qadın nə qədər döyülər, zərbə alar. Yazıq deyilmi?.. Əl çəkin! Əsas odur ki, vicdanım Allahın və çalışdığım insanların qarşısında təmizdir".
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri "Səni axtarıram" verilişinin canlı yayımında Xoşqədəm Hidayətqızı deyib.
Aparıcı onunla rəqabət aparan həmkarına səslənib: "Bu gün şəhərin bir neçə yerində evim, Qəbələdə villam, İçərişəhərdə obyektim yoxdur. Təmiz işləmişəm və təmiz işləməyə davam edəcəm. Etmədiyim işi mənə deyə bilməzsiniz. "Xəzər" telekanalında bütün problemlərdən sığortalanmışam".
Xoşqədəm Hidayətqızı bir müddət əvvəl ATV-dən qalmaqallı şəkildə ayrılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub