Türkiyə musiqisinin tanınmış simalarından olan İbrahim Tatlıses yenidən səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Mynews.az xəbər verir ki, bir müddət əvvəl müalicəsini tamamlayaraq evə qayıdan 78 yaşlı sənətçi bu dəfə Ankaradakı tibb müəssisələrindən birində həkim nəzarətinə götürülüb.
Xatırladaq ki, məşhur ifaçı aprel ayında ağır infeksiya diaqnozu ilə xəstəxanaya müraciət etmişdi. Daha sonra öd kisəsində aşkarlanan problem səbəbindən əməliyyat olunan Tatlısesin cərrahi müdaxiləsi uğurlu keçmişdi. Səhhəti nisbətən yaxşılaşdıqdan sonra isə o, aprelin sonlarında evə buraxılmışdı.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub