Rol aldığı serialda şiddət görən bir qadın obrazını canlandıran məşhur aktrisa Nikol Kidmanın bədənindəki göyərtiləri görən həyat yoldaşı Keis Urban qəzəblənib.
Mynews.a z Milliyet-ə istinadən xəbər verir ki, "Big Little Lies" serialında rol alan Kidman ssenariyə əsasən, ərini canlandıran Alexander Skarsqardla səhnələrinin onu çox yorduğunu izah edib. Bir hüquqşünas obrazını oynayan Kidman şiddətə meylli ərinin, sanki, qəzəbinə uğrayır. Serialı "Məndən çox şeylər aparan bir layihə oldu" kimi şərh edən aktrisa həm fiziki, həm də psixoloji zərər gördüyünü bildirib.

Səhnələr zamanı hər yerinin göyərdiyni açıqlayan Kidman həyat yoldaşı Keis Urbanın bədənini gördüyündə çox əsəbiləşdiyini söyləyib. Aktrisa "Fiziki şiddət gördüyümü söyləyən yoldaşıma bunun aktyorluğun bir işi olduğunu açıqladım. Razılaşmaqda çətinlik çəkdi, amma vəziyyəti qəbul etmək məcburiyyətində qaldı" sözlərini işlədib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub