USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Roza Zərgərlinin qızı filmə çəkilir

13:13 29.03.2017
Roza Zərgərlinin qızı filmə çəkilir
13:13 29.03.2017
Drama janrında “Aşk kurbanları” filminin çəkilişlərinə başlanılıb. 
 
Mynews.az -ın məlumatına görə, filmdə iki gəncin bir-birinə qarşı olan ülvi hisslərindən bəhs olunur. Türkiyə və Azərbaycanın birgə istehsalı olan filmdə hadisələr hər iki ölkədə cərəyan edir. Ekran işində Aqil M Quliyev, Sona Əliyeva, Bənövşə Allahverdiyeva, Türkay Cəfərli, Mənsurə Əhmədova, Ramin Şıxəliyev, Cavanşir Hadıyev, Gülçöhrə Abdullayeva, Mətanət Erez, Cövdət Şükürov rol alıb.   
 
Filmin quruluşçu operatoru Hasan Kıdırəliyev, prodüseri Şahnaz Abdullayevadır. 
 
Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi “Mosfilm kinokonsernində” çalışan həmyerlimiz  tanınmış kinorejissor Nadir Maçanovdur. “Aşk kurbanları” Nadir Maçanovun vətəndə ilk filmi deyil. O, 2011-2013-cü illərdə “Bakı mən səni sevirəm” beynəlxalq kinolayihəsini gerçəkləşdirib.

Xəbər lenti