Azərbaycanlı rəqqasə Renka həyat yoldaşından boşanmasından danışıb. “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində qonaq olan rəqqasə şəxsi həyatı barədə bu sözləri deyib: “Şəxsi həyatım yaxşı olmadı. Hərdən çox pis oluram. Həyat yoldaşımdan ayrıldım, boşanandan 2-3 il sonra rəqqasəliyə gəldim. Rəqs etmək mənim uşaqlıq arzum olub. Təsəvvür edə bilməzdim ki, nə vaxtsa rəqqasə ola bilərəm. Bu sənətə gəlməmişdən qabaq evdə məşq edirdim. Sonra fikirləşdim ki, niyə də öz arzumun arxası ilə getməyim!?"
İki övlad anası olan rəqqasə bildirib ki, uşaqları atası ilə tez-tez görüşmür: “Uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Keçmiş həyat yoldaşım Bakıda yaşamır. Bura gələndə övladları ilə görüşür”.
Renka bildirib ki, yenidən ailə qurmayacaq: “Ərə getmək barədə düşünmürəm. Övladlarıma görə bu addımı atmaram. Gözləyirəm ki, oğlum böyüsün, onu evləndirim”.
Qeyd edək ki, rəqqasə Renkanın iki övladı var. Oğlunun 10, qızının 8 yaşı var.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub