Hər zaman övladını mediadan uzaq tutan məşhur aktrisa, xalq artisti Həmidə Ömərova kino təqdimatlarının birində yeniçağ.az-ın fotokamerasına tuş gəlib.
Qeyd edək ki, 22 yaşlı Rəhim aktrisanın yeganə övladıdır. O, proqramçı kimi fəaliyyət göstərir.
Mynews.az sözügedən sayta istinadən xəbər verir ki, H.Ömərova oğlu ilə bağlı bunları deyib:
"Oğlum sənətimi davam etdirmədi. Bu sahəyə marağı olmadığı üçün mən də məcbur etmədim. O, seçdiyi sənətin ardınca getdi. 22 yaşı var. Amma mən yeganə balamı tez evləndirmək arzusundayam. Çünki artıq nənə olmaq istəyirəm. Amma neyləyim ki, hələ evlənmək fikrində deyil".
Rəhim də hələ ki subaylığın daşını atmaq fikrində deyil:
"Mən yer üzündə bir qadına aşiqəm. O da mənim anamdır. Onu dəlicəsinə sevirəm. Amma hələ ki, onun arzusunu reallaşdırmaq fikrində deyiləm. Amma seçəcəyim qız anamın zövqünə uyğun olmalıdır. Bu məsələdə calışağıq ortaq məxrəcə gələk".


1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub