Müğənni Nazənin həmkarı Təranə Qumralın avtomobilinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib.
Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, Nərimanov rayon icra şöbəsi tərəfindən müğənni Nazənin Salayevaya təzminatın ödənməsi üçün borclu müğənni Təranə Qumrala məxsus avtomobilin üzərinə həbs qoyulması haqqında Nərimanov Rayon Məhkəməsinə təqdimat verilib:
“Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin xanımın və onun həyat yoldaşı Məhəbbət müəllimin Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzr istəməsi) məhkəmə qətnaməsini icra etmir.
Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayır. Əgər borclu Təranə Qumralın belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər. Onun aldığı və kilosu 720 manat dəyərində olan alçanın üzərinə də həbs qoyula bilərdi”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub