Bir müddət əvvəl məhkəmə qərarı ilə həbsxanadan azadlığa buraxılan mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova onun məzarını ziyarət edib. Mynews.az xəbər verir ki, ARB TV-də yayımlanan "Elin gözü" proqramında qonaq olan Mehriban Hüseynova həm də bütün həqiqətləri açıqlayacağını deyib.
O bildirib ki, İlhamə Quliyevanın ölümünə görə özünü bağışlaya bilmir:
“Bu gündən sonra susmayacam. Artıq haqq-ədalət öz yerini tapmalıdır. Mən hər şeyi açıqlayacam. Bilirsiniz ki, mənim sizə həmişə sadiqliyim olub. İnanmıram ki, sizin ruhunuz məndən incisin. Çünki siz məni gözəl tanıyırdınız. Susa bilmirəm, artıq ürəyim şişib. Hər kəs bunu bilməlidir”.
Müğənninin köməkçisi İlhamə Quliyevanın mirasını onun dayısı olduğu Eldar İsmayılovun idarə etməli olduğunu deyib:
“Bunu İlhamə Quliyeva ehtibarnamə ilə təsdiq edib”.
Verlişdə iştirak edən hüquqşunas İkram Adullayev Mehriban Hüseynovanın qeyri-səmimi olduğunu və ehtibarnamənin İlhamə Quliyevə dünyasını dəyişdikdən sonra qüvvədən düşdüyünü bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub