Müğənni Niyam Salami media nümayəndələri ilə görüşüb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Dost olaq" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
N.Salaminin Turlan Təhməzli ilə duet şəklində səsləndirdiyi mahnının sözləri Xuraman Vəfaya, musiqisi Şadmehr Aqilliyə məxsusdur.
Aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi təqdimatda N.Salami yeni işindən danışıb:
"Əslində xeyli vaxt idi ki, belə bir tədbir keçirmək, jurnalistlərlə görüşmək istəyirdim. Açığı bunun üçün darıxmışdım. Bunu sonuncu dəfə Röya ilə etmişdim. Bir çoxları deyir ki, şou-biznesdə sakitçilikdi. Bu fikrin mənə heç bir dəxli yoxdur. Sənətimin üzərində işləyirəm. Yeniliklərim çoxdur. Nurlanla birgə ifa etdiyim bu mahnının da seviləcəyinə inanıram".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub