"Atam bizi atıb getmişdi.
Anamı adına söz çıxar, namus əldən gedər düşüncəsi ilə məcbur ərə verdilər. Heç tanımadığı, özündən çox böyük biri idi. Məni və bacım Fədayə Laçını nənəm saxlayıb". Mynews.az bildirir ki, axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlahə Fəda "ATV maqazin onlarla" verilişinin "Gəlmələr" rubrikasında deyib. Sənətçi onları anasının yox, nənəsinin böyütdüyünü söyləyib: "Anamdan heç ayrılmadıq. 9 ay məktəbdə oxuyurduq, 3 ay tətili onun yanında olurduq. Maddi baxımdan atama, anama ehtiyacımız olmayıb. Babam və nənəm çox imkanlı olub, onları hamı tanıyır. Həmişə atamı axtarırdım. Bilirdim ki, Sumqayıtda yaşayır. 16 ildən sonra atamı tapdım. Münasibətimiz davam etdi, amma ata-bala kimi yox". Şəxsi həyatından danışan ifaçı böyük eşqindən söz açıb: "Çox böyük eşq yaşadım. Sevdiyimdəm çox sevildim. Həmin şəxs rəhmətə getdi, mən də o kitabı bağladım. Heç vaxt ailə qurmaq, gəlin olmaq xəyalım olmayıb. Ona görə də ərə getmədim, övladım da olmadı".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub