Narkotik üstə tutulan aktyora daha bir zərbə - FOTOLAR
![](https://img.mynews.az/news/2017/04/photo_7231.jpg)
Üzərində narkotik vasitə aşkarlanaraq saxlanılan aktyor Yurdaer Okur yeni başlayacaq "Seni kimler aldı" serialından çıxarılıb.
Mynews.az axşam.az-a istinadən bildirir ki, ATV-də yayımlanacaq olan serialda Yurdaerin baş rolda oynayacağı açıqlanmnışdı. Bundan başqa, serialın tanıtım çarxı da yayımlanmışdı.
Lakin bu gündən etibarən çarx sosial mediadan silinib və serialın fotolarında artıq Okur yer almır.
Hələ ki, nə kanal, nə də serial komandası bu barədə rəsmi açıqlama verməyib.
Qeyd edək ki, iki gün əvvəl "Karadayı" serialında canlandırdığı Turqut Akın obrazı ilə yadda qalan aktyor Yurdaer Okur Şimali Kipr Türk Cumhuriyyətində Ercan hava limanında saxlanılıb. Üzərində 1 qram narkotik vasitə ilə saxlanılan aktyor daha sonra 110 min türk lirəsi müqabilində sərbəst buraxılıb. Lakin 43 yaşlı aktyorun məhkəmənin yekun qərarına qədər ölkə xaricinə çıxmağı qadağan edilib.
Maqazin
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1198 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1149 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1140 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1066 dəfə oxunub