Əməkdar artist, tanınmış müğənni Kəmalə Rəhimlinin səhhətində problemlər yaranıb.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, müğənni "Yenicağ"a müalicə olunduğunu deyib: "Həkim nəzarətindəyəm, hər il mütəmadi olaraq bir neçə dəfə sistemlər qəbul edirəm ki, xəstəlik irəliləməsin. Bax, indi sizinlə danışıram, qoluma sistem qoşulub. Bu xəstəlik elədir ki, bütün orqanları sıradan çıxarır. Məndə də elədir, ürəyimdə, qaraciyərimdə, ayaqlarımda problemlər yaranıb. Neçə illərdir ki, süni həyat yaşayıram. Günüm dava-dərmanla keçir. Amma bu günümə də şükür edirəm".
Qeyd edək ki, sənətçi illərdir şəkərli diabet"xəstəliyindən əziyyət çəkir. Xəstəlik nəticəsində müğənninin gözlərində də ciddi problemlər yaranmışdı. Bir müddət öncə o, göz əməliyyatı keçirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub