Bu il Azərbaycanı “Avrovision” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva Rusiya tərəfindən təşkil olunan pre-party-yə qatılmaycaq. \Mynews.az vesti.az-a istinadən məlumatına görə, bu barədə xanım müğənninin meneceri Tural Qənbərov bildirib.
Qənbərovun dediyinə görə, Diana müsabiqəyə ciddi hazırlaşdığından mərasimə qatılmayacaq.
Amma bir qədər əvvəl Rusiya KİV-i bildirmişdi müsabiqə öncəsi Rusiya tərəfinin təşkil etdiyi qonaqlıqda 9 ölkənin nümayəndəsi, eləcə də Azərbaycan təmsilçisi iştirak edəcək. Həmin qonaqlıqda isə Rusiya təmsilçisi Yuliya Samoylova müsabiqədə ifa edəcəyi “Flame is Burning” mahnısını təqdim etməliydi.
Gecənin təşkilatçılarının hazırladığı press-relizdə isə bildirilir ki, əvvəlcədən “Avrovision”un 10 iştirakçısı mərasimə qatılacağını bildirmişdi. Amma yaranmış siyasi vəziyyətdən sonra qonaqlar, necə deyərlər, pauza götürdülər. Bu gün isə məlum oldu ki, təşkilatçılar bilet satışını belə dayandırıblar.
Xatırladaq ki, bu ilki yarışmada Rusiyanı “Flame Is Burning” mahnısı ilə Yuliya Samoylova təmsil edir. Samoylovanın Krımda konsert verməsiylə əlaqədər onun Ukraynaya girişinə 3 il müddətinə qadağa qoyulub. Bu o deməkdir ki, xanım Samoylova “Avrovision” a qatıla bilməyəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub