Bu il Azərbaycanı “Eurovision - 2017” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva Rusiya tərəfindən təşkil olunan “pre-party”yə qatılmayacaq.
Mynews.az məlumatına görə, bu barədə müğənninin meneceri Tural Qənbərov bildirib.
Menecerin sözlərinə əsasən, Diananın başı müsabiqəyə ciddi qatışdığından onun mərasimdə iştirakı mümkün olmayacaq.
Xatırladaq ki, bir müddət öncə Rusiya mətbuatı müsabiqə öncəsi ölkə tərəfinin təşkil etdiyi qonaqlıqda 9 ölkənin nümayəndəsinin, eləcə də Azərbaycan təmsilçisinin iştirak edəcəyini qeyd edib. Həmin qonaqlıqda Rusiya təmsilçisi Yuliya Samoylova müsabiqədə ifa edəcəyi “Flame is Burning” mahnısını təqdim etməliydi.
Gecənin təşkilatçılarının hazırladığı press-relizdə isə bildirilir ki, əvvəlcədən “Eurovision”ın 10 iştirakçısı mərasimə qatılacağını bildirmişdi. Lakin yaranmış siyasi vəziyyətdən sonra qonaqlar pauza götürüblər.
İndi isə məlum olub ki, təşkilatçılar bilet satışını belə dayandırıblar.
Qeyd edək ki, bu il “Eurovision - 2017” Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Mahnı müsabiqəsinin yarımfinalı mayın 9-u və 11-də, finalı isə 13-də baş tutacaq. Axşam.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub