Bu gün səhər əkiz bacıların törətdikləri qəza nəticəsində yaralanan kişi “Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, xəstəxanada olan yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib.
Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov xəstənin vəziyyəti ilə bağlı açıqlama verib:
“Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var. Müayinələr aparılır.
Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub