Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhətindən xəbər var.
Mynews.az Lent.az-a istinadən bildirir ki, Meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısının vəziyyəti dünən gecədən yaxşılaşmağa başlayıb: “Həkimlə danışdıq, söylədi ki, belə davam etsə, bu gün və ya sabah palataya köçürüləcək. Biz elə bilirdik ki, əməliyyat olunacaq, amma həkim dedi ki, əməliyyatlıq bir şey yoxdur. Dünən gecə Ağakərim bəy bizimlə danışdı. Yəni o vəziyyətə düşəndən sonra ilk dəfə idi ki, danışa bilirdi. Həkimlərin dediyinə görə, vəziyyəti get-gedə yaxşılaşacaq. Ümid Allahadır”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub