Bu yaxınlarda bir neçə yerli KİV, 8 iyul tarixində Bakıda ilk dəfə olaraq “Elektra Events Hall” səhnəsində tanınmış britaniyalı, “Warner Music” leyblın müğənnisi Dua Lipanın çıxış ilə bağlı məlumat yaymışdı. Afişada konsertə olan biletlərin qiyməti də qeyd olunmuşdu (60-180 AZN). Lakin redaksiyamıza daxil olan məlumata görə, konsertin təşkili ilə bağlı informasiya yanlışdır.
Mynews.az-ın məlumatına görə, “Warner Music Russia”nın PR meneceri Diana Paşkovskaya Oxu.Az-a bildirib ki, tədbirin keçirilməsi ilə bağlı məlumat əsassızdır.
“Bizim hüquqşünaslarımız hazırda təkzib üçün rəsmi sənəd hazırlayır. Yaranmış vəziyyət - mürəkkəb bir dələduzluqdur, məlumatı yayanlar isə baş tutmayacaq konsertdən pul əldə etmək istəyirlər”.
“Elektra Events Hall”dan Oxu.Az-a bildiriblər ki, 8 iyul Dua Lipanın konsertinin keçirilməsi ilə bağlı heç bir məlumatları yoxdur. Qeyd edək ki, afişaların üzərində olan nömrələrlə əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, britaniyalı müğənni Dua Lipa “Be the one”, “Blow your mind” mahnılarından sonra məşhurlaşıb. 16 yaşında Dua Lipa model olaraq karyerasına başlayıb. Atası Dukagjin o zamanlar rok ifaçısı olub və məşhur müğənni də atasının ifalarına qulaq asaraq böyüyüb. 14 yaşında Christina Aguilera, Nelly Furtado kimi məşhur ifaçıların musiqiləri “cover” edərək öz “YouTube” hesabında paylaşmağa başlayıb.
Eyni zamanda o, bu ərəfədə öz musiqilərini yazmağa başlayıb. 2015-ci ildə Dua Lipa ilk albomunun debütünü “Warner Bros. Records” ilə edir. 2015-ci ilin avqust ayında isə o, “New Love” adlı ilk mahnısını təqdim edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub