Elməddin Cəfərovun XƏCALƏTLİ KEÇMİŞİ “Çox tövbə edirəm ki...”

720
Elməddin Cəfərovun XƏCALƏTLİ KEÇMİŞİ “Çox tövbə edirəm ki...”

Elməddin Cəfərov vaxtı ilə “Tək səbir” verilişində geyindiyi kostyuma görə xəcalət hissi keçirdiyini etiraf edib, Vanqa nənəyə isə özünə gün ağlamağı məsləhət görüb.

Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə məşhur aktyor cavablandırıb.

- İndiki ağlım olsaydı...

- Ağlıma bir çox fikir gəlir, amma yalandan deyəməyəcəm ki, daha böyük işlər görə bilərdim. İndiki ağlım olsaydı, burada deyildim, bəlkə də daha aşağıda idim..

- Zəmanət verə bilərəm ki...

- Yalandan proqnoz verə bilmərəm. Ümid edirəm ki, hər kəsin işi uğurlu olar.

- Dünyanı dəyişə bilsəydim...

- Müharibələr törədən bütün insanları ayırardım, sülh və sevgi dolu bir cahan yaradardım.

- Kişilərə o qadınlara xəyanət etmir ki...

- Xəyanətin nə olduğunu bilmirəm, ailə mənim üçün müqqəddəsdir. Həyat yoldaşıma heç vaxt xəyanət etməmişəm.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Diqqətcil, qayğıkeş və baxımlı olmalıdır.

- Qadına qarşı şiddət...

- Dözülməzdir.

- Vicdanım haqqı...

- Vicdanım haqqı qadına qarşı şiddətə pis baxıram.

- Mən təəssüf edirəm ki...

- Heç nəyə təssüf etmirəm, mənim üçün peşmançılıqdan əhəmiyyətsiz duyğu yoxdur.

- Yaxşı gündə, pis gündə...

- Ailəmin yanındayam.

- Vanqa nənə ilə görüşsəydim...

- Vanqa nənəyə deyərdim ki, camaatın falına az baxsın, gedib özünə gün ağlasın.

- Ən böyük səhvim...

- Çox olub.

- Bəşəriyyətin gələcəyini düşünəndə...

- Hesab edirəm ki, gələcəkdə başqa planet və sivilizasiyalarla əlaqəmiz olacaq.

- Günahlarım yadıma düşəndə...

- Çox utanıram, günahlarımın bağışlanması üçün çox tövbə edirəm.

- Ona görə, xəcalət çəkirəm ki...

- “Tək səbir” verilişində əyminə böyük olan kostyumu geyindiyimə görə xəcalət çəkirəm. İndi onu palto kimi geyinirəm, heç kim tuta bilmir.

- Unuda bilmədiyim şəxs demək istəyirəm.

- Səni unutmuşam.

- Oğullarıma məsləhət görürəm ki...

- Dərslərini çox yaxşı oxumalarını, savadlı, intellektual, geniş dünyagörüşü olan şəxsiyyət kimi formalaşmalarını istəyirəm.

Xəbər lenti