USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Röya bədəninə QİYMƏT QOYDU "Sinəm 50 milyon..."

18:35 06.04.2017
Röya bədəninə QİYMƏT QOYDU "Sinəm 50 milyon..."
18:35 06.04.2017

Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də...


Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı...


Mynews.az bildirir ki, yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı.


-Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?

- Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm.

-Niyə məhz sinəni?

- Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.

-Bəs qiyməti?

- Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Çünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.

-Hansı məbləğə?

- Ayyy... Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.

-O rəngin qiyməti də yəqin çox başa olar?

- Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.

-Bəs sinəni?

- Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.

-Səmimiyyət başına bəla olurmu?

- Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.

-Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?

- Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.

-Bakıda yaşamırsan ki?

- Bakıda da yaşayıram, İstanbulda da.

-Sevgisiz yaşamaq mümkündür?

- Sevgi çoxdur həyatımda.

-Bir sevgini unudub, yenisinə başlamaq üçün Röyaya nə qədər vaxt lazımdır?

- Düşünürəm ki, bunun üçün mənə 6 ay kifayət edir. (düşünür)...yox... 9 ay.

-Bir sevgi ilə vidalaşanda depressiyaya düşürsən?

- Qətiyyən. Mən, ümumiyyətlə, depressiyanın nə olduğunu bilmirəm. Mən də belə adamam.

-Hesab edirsənmi ki, kişiyə görə depressiyaya düşməyə, stress yaşamağa dəyməz.

- Əlbəttə dəyər, kişi deyəndə bu siyahıda atam, qardaşım da var axı.

-Mən ata-qardaşdan danışmıram e, sevgilini nəzərdə tuturam...

- Azərbaycan kişisinə görə stress yaşamağa dəyər. Çünki azərbaycanlı oğlanlar oğuldur e... Başqa dövlətlərə gedib görəndən sonra bunu hər bir azərbaycanlı qadın başa düşəcək. Seksual suallar qurtarmadı? (gülür)

-Bir sualıma da cavab alım, mövzunu bağlayaq... Filmə dəvət etsələr, nə qədər qonorar tələb edərsən?

- Əgər qəşəng bir film olsa, ilk başlanğıcda bir qəpik də götürmərəm. İstəyərəm ki, həmin məbləğ filmin istehsalına xərclənsin. Nəticədə də ortaya mükəmməl film çıxartsınlar. Yalnız ondan sonra qonorar barədə düşünərəm.

-Erotik filmə çəkilməyə razılıq verərsən?

- Əlbəttə çəkilərəm.

-Özünü seksual xanım sayırsan?

- Yooox, aradabir...(gülür)

-Bir aylıq xərcin nə qədərdir?

- Heç soruşma, bu, mənim yaralı yerimdir. Sən birgünlük xərcdən danış, çox bədxərcəm.

-Özün xərcləyirsən, yoxsa xərcləyirlər?

- Özüm xərcləyirəm, həm də hamıya. Bütün nəsil mənim əlimə baxır. Oğluma bir kitab alıramsa, bacım uşağına, digər qohumlara da almalıyam; yaxud da geyim... Hüseynə nəsə almışamsa, o biri uşaqları da yadımdan çıxartmıram. Mən də belə insanam, neynim.


Xəbər lenti