Yumor ustaları Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevlə rejissor Kənan M.M. arasındakı qalmaqal bitmir.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Kənanın dediyi "Komediya boş insanlar üçündür" sözlərini aktyorlar ələ salmışdı. Kənan onların ünvanına "Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Öz tayınızla zarafat edin" sözlərini demişdi.
M.Şahverdiyev rejissorun sözlərinə cavab verərək, bildirib ki, Kənana əhəmiyyət vermir. Rejissoru ələ salan Müşviq işi ilə sözünü deməyə çalışdığını söyləyib:
"Məqsədim, arzum film sahəsində inkişaf etmək, filmlər çəkmək və çəkilməkdir. Vaxtımı boş insanlara sərf etmək istəmirəm. Faktı danmaq mümkün deyil. Siz danışdıqca biz tamaşaçının gözündən düşməyəcəyik. Filmlər bizim pasportumuzdur. Heç kimə fikir vermirəm. Kənan mənə zəng etdi ki, "Niyə dedin? Səhərə qədər hirsimdən yatmadım". Kənandır da... Mənə şeir zad yazma qardaş, istəmirəm".
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub