"ARB TV"nin "Evgördü" verilişinin bu dəfə qonağı müğənni Əlikram Bayramov olub.
BiG.AZ xəbər verir ki, ifaçı ailə qurmasından danışıb:
"2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Ailədə kişinin sözü keçər, xanım kimdir? Qadın evində xanımlığını etsin".
Daha sonra müğənni qonşularla olan münasibətindən və evindən danışıb:
"Qonşularla münasibətim yaxşıdır. Qonşu ilə nə problemim ola bilər ki? Evi bir dəfə tikirsən. O evi də elə tikməlisən ki, uşaqlar da rahat yaşasın. Bu evi 5-6 ilə tikmişəm. Qardaşım pul qoyub tikib, sonra mən yavaş-yavaş ona qaytarmışam".
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub