Yumor ustaları Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevlə rejissor Kənan M.M. arasındakı qalmaqal bitmir.
Mynews.az-ın məlumatına görə, Kənanın dediyi "Komediya boş insanlar üçündür" sözlərini aktyorlar ələ salmışdı. Kənan onların ünvanına "Mən başlar üçün çəkirəm, boşlar üçün yox. Öz tayınızla zaraft edin" sözlərini demişdi.
M.Şahverdiyev rejissorun sözlərinə cavab verərək, bildirib ki, Kənana əhəmiyyət vermir. Rejissoru ələ salan Müşviq işi ilə sözünü deməyə çalışdığını söyləyib:
"Məqsədim, arzum film sahəsində inkişaf etmək, filmlər çəkmək və çəkilməkdir. Vaxtımı boş insanlara sərf etmək istəmirəm. Faktı danmaq mümkün deyil. Siz danışdıqca biz tamaşaçının gözündən düşməyəcəyik. Filmlər bizim pasportumuzdur. Heç kimə fikir vermirəm. Kənan mənə zəng etdi ki, "Niyə dedin? Səhərə qədər hirsimdən yatmadım". Kənandır da... Mənə şeir zad yazma qardaş, istəmirəm". (axsam.az)
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub