2016-cı ildə “Best Model of Turkey” yarışmasının ikincisi olan Ayşenur Çetin çəkildiyi “Fi” serialındakı sevişmə səhnələrindən danışıb.
19 yaşlı aktrisa həmkarı 41 yaşlı aktyor Ozan Güvenlə çəkildiyi cəsur səhnələr haqda deyib:
“Bu, ilk çəkildiyim serialdır. Əvvəlcə tərəddüd edirdim. Çünki qarşımda illərin aktyoru var idi. Həm də səhnələr cəsarət tələb edirdi. Amma Ozan mənə çox dəstək idi, asan oldu hər şey”.
“Çəkilişlərdən sonra Güvenlə aranızda hər hansı bir hiss yaranmadımı” sualına Ayşenur belə cavab verdi:
“Hər səhnədə oynayan tərəf müqabili ilə münasibət olsa, o zaman yaşamaq üçün şəxsi həyatımız olmaz. Nə çəkiliş vaxtı, nə də sonra belə bir fikir ağlımdan da keçməyib. Həmin səhnələri də izləyəndə rolumu layiqincə oynadığımı gördüm”.
Çetin “Sevgiliniz bu səhnələrinizə qarışmadımı” sualını eşitdikdə:
“Sevgilim yoxdur. Ona görə işlərimə heç kim qarışmır. İşimi də layiqincə yerinə yetirmişəm. Artıq 3 seriala təklif almışam”, - deyə bildirib.



Axsam.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub