Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yeni xəbər var. Mynews.az Lent.az-a istinadən bildirir ki,meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısı sabah xəstəxanadan evə buraxılacaq: “Allaha şükür olsun ki, Ağakərim bəyin səhhəti müsbətə doğru irəliləyir. Həkimlə danışdıq, söylədi ki, artıq sabah evə buraxılacaq. Müalicələri ev şəraitində davam etdiriləcək”.
Meyxanaçının bacısı oğlu onu da əlavə etdi ki, Ağakərim anasının ölümündən xəbərsizdir: “Sabah evə buraxılacaq. Bütün qohumlara, tanışlara xəbər vermişik, xahiş etmişik ki, bu xəbəri Ağakərim bəyə çatdırmasınlar. Qorxuruq, istəmirik, bilsin ki, anası dünyasını dəyişib. İnşallah, vəziyyəti tam yaxşı olandan sonra demək olar”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. Meyxanaçının anası isə ötən həftənin şənbə günü dünyasını dəyişib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub