Xəbər verdiyimiz kimi, müğənni Mustafa Sandal və xanımı Əminə "Survivor"da qonaq kimi iştirak etmək üçün Dominikan Respublikasına gediblər.
Mynews.az axşam.az-a istinadən bildirir ki, uşaqlarını da özləri ilə aparan cütlük orada tətil edib. Əminə istirahətdən paylaşdığı fotoları ilə təəccübləndirib. Onun əzələlərini nümayiş etdirdiyi görüntü isə böyük müzakirə açıb.
Daha sonra ailə Mayamiyə yola düşüb.