“Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində iştirak edən azərbaycanlı iştirakçılar arasında qalmaqal yaşanıb.
Mynews.az-ın məlumatına görə, ötən həftədən Elmir İsmayılov adlı azərbaycanlı Naz Milaya elçi düşüb. Bu gün də efirə gələn Elmir Nazla münasibətlərinin yaxşı olduğunu və bir-birilərini tanımaq istədiklərini bildirib.
Məsələyə Nazla bir müddət öncə sevgi yaşayan Əli Əkbər münasibət bildirib. O, Elmirlə dost olduqlarını sübut etmək üçün proqrama onunla birgə çəkilmiş fotolarını da gətirib.
Əli Elmirin Nazı sevmədiyini, sadəcə acığa belə bir addım atdığını vurğulayıb. Əkbər Nazın da onu qısqandırmaq üçün Elmirlə görüşdüyünü söyləyib.
İsmayılov Əlinin dedikləri ilə razılaşmayıb və Nazın ona, onun isə Naza aşiq olduğunu deyib:
“Səninlə olan münasibət bitdi. Naz indi məni sevir. Bunu onun gözlərindən də görə bilirəm. Mən də ona aşiqəm”. Axşam.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub