Aktyorlar Fərda Xudaverdiyev və İslam Mehrəliyev aparıcı Azər İsmayılovun Türkiyədə lentə alınan “Yanlış anlama” filmi ilə bağlı iddialarına cavab verib.
Mynews.az-ın məlumatına görə, A.İsmayılov ekran işinin ideyasının ona məxsus olduğunu, oğurlandığını söyləyib.
İ.Mehrəliyev “ATV maqazin onlarla” verilişində məsələyə aydınlıq gətirib:
“Film başlayanda danmıram, ilk təklifi Azərdən almışdım. Hətta Levent bəy, mənə dedi ki, Azərlə danışmışam, Azərbaycandan siz və Pərvin Abıyeva çəkiləcəksiniz. Türkiyədən təklif alanda Azərlə danışdım. Qayıtdı ki, xəbər edəcəm. Bu yaxınlarda isə mənə deyir ki, çəkilmə, söz ver ki, razılaşmayacaqsan. Denən ki, Azər yoxdursa, mən də yoxam. Niyə olmamalıyam ki? Mənim üstümdən pul qazanmaq istəyirsən? Yaxşısansa, niyə türklər mənim nömrəmi istəyəndə verməmisən? Haqqımı tələb etmişəm, ondan sonra da çəkilirəm. Mənim istedadıma görə yol açırlar”.
F.Xudaverdiyev isə bu hadisədən xəbərsiz olduğunu deyib:
“Onların arasında nə baş verir bilmirəm. Mənim orada olmağımın səbəbkarı Azər yox, türkdür. İslamla mübahisələrin də bilirdim”.
A.İsmayılov isə sözügedən ekran işinin Azərbaycan kinoteatrlarında yayımlanmasına mane olacağını söyləyib. Axşam.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub