Evdən də cadu tapmışam, maşınımdan da.
Mynews.az kult.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli evindən tapdığı cadu haqda “Şou məkan” verilişində danışarkən deyib. O, gözə-nəfsə inandığını bildirib:
“Qonşumuzda bir qadın var, həmişə qabağıma çıxanda mən evə qayıdıram. Çünki yoluma davam edəndə başıma mütləq nəsə gəlir. Göz, nəfs var. Əslində, mən fala inanmıram. Düzdür, xoşum gəlir, maraqlıdır qəhvə falı. Qəhvə falıma baxıb deyiblər ki, təyyarə görünür burda. Uçacaqsan. Harasa gedirsən? Deyirəm, yox. Elə olub ki, bir plan çıxıb, səfərə getmişəm, orda düşünmüşəm ki, bunu mənə demişdilər. Evdən də cadu tapmışam, maşınımdan da. Bunlar normal şeylərdir. Məni istəməyənlərə isə quzu kəsərəm. Məni hamının istəməsi normal olmaz ki. Heç sevməyin, mənə belə də xoşdur. Əsas odur ki, mən sevirəm. Həyat sevincə gözəldir. İnsan həyatı, ətrafını, dostlarını, sevgilisini sevməlidir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub