Hər ailədən, nəsildən bir üzvü məşhur olanda doğmaları onunla qürur duyurlar. Təbii paxıllıq edənlər də az deyil. Bəs məşhurlar özləri necə? Ailə üzvləri, qohumlarından razıdırlarmı? Bəziləri pul, iş istəməsinlər deyə onlardan qaçır, bəziləri isə həyatda özünü tapmayan, əyri yolda olan doğmalarına görə utanırlar.
Mynews.az həmin məşhurlardan bəzilərini diqqətinizə çatdırır:
Türkiyənin tanınmış müğənnisi Ebru Gündəş atasından utanır. Uşaqkən onu və anasını incitdiyinə görə atasından üz çevirən Gündəş adamın 20 il köhnə dükanda səfil yaşamına göz yummuşdu. Ta ki, Ramzi Gündeş telekanallara kimliyini açıqlayana qədər. Bundan sonra müğənni atasına kömək etsə də, münasibətləri düzəlmədi.
Dünya şöhrətli amerikalı müğənni Meraya Kerinin özündən böyük bacısı fahişəliklə məşğuldur. Müğənni onu bu yoldan çəkindirmək üçün dəfələrlə pulla təmin edib. Amma yenə də bacısı sevimli peşəsinə geri dönüb. Üstəlik Elison Keri QİÇS infeksiyası daşıyıcısıdır. Hələ narkotik maddələrdən asılılığı da var.
Hollivud ulduzu Leonardo DiKaprionun ögey qardaşı Adam Farrar oğurluğa görə tutulub. O, arvadı ilə birlikdə mağazalardan birindən min dollar oğurlayarkən yaxalanıb.
“Avroviziya” mahnı müsabiqəsindən tanınan ukraynalı Verka Serdyuçka (Andrey Danilko) ailəsindən utanır. Daha doğrusu, təqaüdlə yaşayan kasıb ata-anasından. Amma heç kömək edib onları bu vəziyyətdən çıxarmaq istəmir. Güman ki, xəyallarında özünü kral ailəsində doğulmuş zənn edir.
Daha bir “Avroviziya”çı Sergey Lazerev qardaşı Pavel Lazerevin narkotik asılılığına görə utanırdı. Pavel həm də narkotik ticarətinə və qadına təcavüzə görə həbsdə olub. 2014-cü idə Pavel həbsdən çıxıb qardaşına düz yola qayıdacağını söz versə də ömür vəfa etmədi. O, düşdüyü qəzada dünyasını dəyişdi.
Hollivud ulduzu Alek Bolduinun qardaşı Daniel Bolduin də eyni səbəblərlə həbsə girib. Bundan başqa Daniel avtomobil qaçırmaqda da ittiham olunur.
/publika.az