Musiqili Komediya Teatrının tanınmış aktrisası Ülviyyə Əliyeva (“Keyxanım”) şəxsi həyatının mediada müzakirə olunmasından danışıb. “APA TV”-nin “Show time” verilişində qonaq olan aktrisa bildirib ki, bəzən barəsində əsassız xəbərlər dərc olunur: “Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənlə danışandan sonra özlərindən məqalə yazırlar. Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram. Bu fikirlərim böyük çıxmasın, yəni yaradıcılığımla məşğulam. Bəzi jurnalistlər mənim şəxsi həyatımdan daha çox yazırlar. Amma aralarında yaxşıları da var. Məsələn, mənlə müsahibəyə gəlmədən öncə sənətim barədə qabaqcadan məlumatlanır, daha sonra sual verir. Mən 1998-ci ildən bəri teatr sahəsində çalışıram. Hətta nə vaxtda sənətə gəldiyimi də qabaqcadan oxuyanları var”.
Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub